Əsas məzmuna keç

ABŞ və Yaponiya ilk dəfə “Typhon” raketlərini Yaponiyada yerləşdirəcək

Yaponiya Özünümüdafiə Qüvvələri və ABŞ Silahlı Qüvvələri 11-25 sentyabr tarixlərində genişmiqyaslı “Resolute Dragon” manevrləri zamanı Yaponiyanın Yamaquti prefekturasındakı ABŞ Dəniz Piyadaları Korpusunun İvakuni bazasında “Typhon” orta mənzilli raket komplekslərinin yerləşdirilməsi üzrə təlimlər keçirəcək.

“Tezadlar” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi mənbələrə istinadən bildirib.

“Typhon” kompleksləri Yaponiya ərazisində ilk dəfə yerləşdiriləcək. Təlimlər başa çatdıqdan sonra onların İvakuni bazasından çıxarılması planlaşdırılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…