Əsas məzmuna keç

“ABZAS- MEDİA”NIN RƏHBƏRİNƏ 4 AYLIQ HƏBS QƏTİMKAN TƏDBİRİ

Ötən gün noyabrın 20-də saxlanılan “Abzas Media” saytının direktoru Ülvi Həsənli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Tezadlar.az xəbər verir ki, Xətai rayon məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə müstəntiqin verdiyi vəsatət təmin edilib. Ülvi Həsənli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Lakin adı çəkilən media orqanı rəhbərinin həbs səbəbi rəsmən açıqlanmamışdır.

Digər media orqanlarında isə “Abzas media”nın digər əməkdaşlarının da həbs edilməsi yazılır. Rəsmiyyət isə hələki bu barədə açıqlama verməyib.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…