Əsas məzmuna keç

Adil Kərimli Xalq artisti Flora Kərimovanı ziyarət edib

Mədəniyyət naziri Adil Kərimli görkəmli müğənni, Xalq artisti Flora Kərimovanı 85 illiyi münasibətilə evində ziyarət edib.

Bu barədə Tezadlar.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir Xalq artistini yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən mədəniyyətə və incəsənət xadimlərinə daim diqqət və qayğı göstərildiyini deyən A. Kərimli Flora Kərimovanın sənətinin də yüksək qiymətləndirildiyini bildirib.

F.Kərimova müalicəsinə göstərdiyi diqqət və dəstəyə görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…