Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
FOTO 1/3
29 may 2026-cı il tarixdə ADU-nun İngilis və alman dilləri fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti, Alman Dili Birliyinin Azərbaycanda rəhbəri Gülənbər Pirnəzərova ADB-nin Vyanadakı illik yığıncağında şagirdlərlə birlikdə Azərbaycanı virtual təmsil edib.
Tezadlar.az xəbər verir ki, ADU-nun dosenti Gülənbər Pirnəzərova çıxışında Azərbaycanda alman dilinin vəziyyəti haqqında danışmış, yığıncaq iştirakçılarının suallarını cavablandırmışdır. Yığıncaqda 53 saylı məktəbin 8-ci sinif şagirdi Fatimə Sultanlı, 10-cu sinif şagirdi Məryəm Hacıyeva, İdrak liseyinin 6-cı sinif şagirdi Süleyman Mirzəağayev alman dilində sülh mövzusunda yazdığı şeirləri ifa ediblər. Gülənbər Pirnəzərova istedadlı şagirdlərə ifalarına görə və onların aşkar olunmasında vasitəçilik edən 53 saylı məktəbin alman dili müəllimi Lalə Quliyevaya, 18 saylı məktəbin alman dili müəllimi Samirə Sultanovaya təşəkkür edib.
Biz də Gülənbər Pirnəzərovaya və şagirdlərə Azərbaycanı layiqincə təmsil etdiyinə görə təşəkkür edir, bu yolda uğurlar diləyirik.
Y.Məmmədli