Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və alman dilləri fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Gülənbər Pirnəzərova təltif edilib.
Tezadlar.az xəbər verir ki, o, Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyi münasibətilə DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə tərəfindən DİM-in xarici dillər üzrə şöbəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasında təhsilin qiymətləndirilməsi sahəsində aparılan islahatların uğurla həyata keçirilməsində göstərdiyi peşəkar fəaliyyətə və qiymətləndirmə prosesinə verdiyi töhfələrə görə Fəxri Fərmanla təltif olunub.

Gülənbər Pirnəzərovanı təbrik edir, peşə fəaliyyətində uğurlar diləyirik.