Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

AFFA İntizam Komitəsi “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadazeni cəzalandırıb.
Tezadlar.az xəbər verir ki, buna səbəb gürcüstanlı mütəxəssisin Misli Premyer Liqasında 16-cı turunda “Qarabağ”la oyundakı davranışı olub.
Sxadadze hakimləri təhqir etdiyinə görə 4 oyunluq diskvalifikasiya olunub, klubunu isə 10 min manat xərcə salıb.
Görüşdə heyətində 4 nəfər sarı vərəqə aldığından, “Qəbələ” 700 manat cərimə ilə üzləşib. Bundan başqa, azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” 5000 manat cərimələnib..