Əsas məzmuna keç

Ağ Ev hesab edir ki, Putinlə Uitkoff arasında görüş yaxşı keçib

Vaşinqton administrasiyası hesab edir ki, Rusiya prezidenti Vladimir Putinlə ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş yaxşı keçib.

Tezadlar.az xəbər verir ki, bunu Ağ Evin nümayəndəsi deyib. Onun sözlərini Amerikanın “Axios” internet portalının jurnalisti Barak Ravid sitat gətirib.

Bu əməkdaşın sözlərinə görə, görüş “yaxşı keçdi”. “Rusiya tərəfi ABŞ-la qarşılıqlı əlaqəni davam etdirməkdə maraqlıdır”, – nümayəndə əlavə edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…