Əsas məzmuna keç

AĞ EV İSRAİLLƏ BAĞLI DANIŞIQLAR ÜÇÜN ƏR-RİYADA NÜMAYƏNDƏLƏR GÖNDƏRİB

ABŞ prezidenti Co Baydenin yüksək rütbəli müşavirləri krallıq və İsrail arasında sülh sazişi üçün “meqa razılaşma”nı müzakirə etmək üçün keçən həftə Səudiyyə Ərəbistanına gizli səfər ediblər.

Bu barədə “Axios” məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Portalın həmsöhbətləri deyiblər: “Baydenin baş məsləhətçiləri krallıq və İsrail arasında sülh sazişini ehtiva edən potensial meqa sövdələşmə üzrə danışıqları davam etdirmək üçün keçən həftə Səudiyyə Ərəbistanına gizli səfər ediblər.

“Axios” əmindir ki, Ağ Ev ABŞ prezidentinin əsas səylərini 2024-cü ildə yenidən seçki kampaniyasına yönəltməzdən əvvəl “meqa sövdələşmə” bağlamağa çalışır. Portalın məlumatına görə, Ağ Evin Yaxın Şərq siyasəti üzrə koordinatoru Brett Makqurk və Baydenin enerji və infrastruktur üzrə baş müşaviri Amos Hokşteyn keçən həftə Ər-Riyada olublar.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…