31 Mart 2026 / 06:53

Ağ Ev İranla sazişin bağlanması üçün vaxtı təsdiqləyib

Ağ Evin mətbuat katibi Karolin Levitt ABŞ prezidenti Donald Trampın əvvəllər müəyyən etdiyi son tarix olan 6 aprelə qədər İranla sazişi bağlamaq istədiyini təsdiqləyib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Jurnalistlərlə keçirilən brifinqdə Levitt Trampın bu son tarixə riayət etmək niyyətində olduğunu bildirib.

“Bilirəm ki, prezident 6 aprel, yəni cəmi bir həftə sonra son tarix təyin edib”, – deyə o bildirib.

İrana qarşı əməliyyat fevralın 28-də başlayıb. Tramp izah edib ki, bu, İran hökumətinin nüvə proqramından imtina etmək istəməməsi ilə bağlıdır. Daha sonra İrana ABŞ və İsrailin birgə qüvvələri hücum edib və nəticədə, Ali Lider Əli Xamenei öldürülüb.

Daha əvvəl Ağ Ev İranla danışıqların gedişatı barədə məlumat vermişdi.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!