Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Çempionluq hədəfindən uzaq düşən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun rəhbərlikdən nə istədiyi bəlli olub.
Tezadlar.az -ın əldə etdiyi məlumata görə, 54 yaşlı mütəxəssis Ağdam təmsilçisinin heyətinin böyük ölçüdə yenilənməsini istəmir.
O, rəhbərliklə söhbət zamanı indiki futbolçuların 70 faizinin komandada qalmasını uyğun saydığını deyib. Bununla belə, o, oyunçu sayının artırılmalı olduğunu, hər mövqedə iki bərabərsəviyyəli futbolçu görmək istədiyini bildirib.
“Köhlənlər”in idarəçiləri bu yay heyətin güclənməsi və zənginləşməsi üçün daha çox maliyyə aylrmağa hazırdlrlar. Eləcə də Mateuş Koxalski, Leandro Andrade, Mateus Silva, Pedro Bikalyo kimi ölkə xaricindən real təkliflər alan legionerlərin komandada saxlanılması klub “bosslar”ının əsas hədəfidir. Sözügedən əcnəbilərin hər biri ilə danışıqlar başlayıb və artıq bu yöndə ciddi addımlar atılıb. Rəhbərlik mütəxəssisin raportuna əsasən hazırda 10-dan çox əcnəbi ilə də təmasdadır. Onlardan bir neçəsinin razılığı alınıb və keçidlərin mövsümün sonunda reallaşmaq ehtimalı olduqca yüksəkdir.