Əsas məzmuna keç

AĞDAMDA 4 KƏNDİN TƏMƏLİ QOYULUB

Ağdamın Kəngərli, Xıdırlı, Sarıcalı və Baş Qərvənd kəndlərində genişmiqyaslı bərpa işləri aparılır.

TEZADLAR.AZ “Azərbaycan iqtisadiyyatı” teleqram kanalına istinadən xəbər verir ki, bunu Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı görüşdə çıxış edərkən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

“Ağdam şəhərinin 2-ci yaşayış məhəlləsində 66 yaşayış binanın tikintisinə başlanılıb, 4-cü məhəllədə işlərə sentyabr ayında başlanılacaq. Füzuli rayonunda ikinci ağıllı kənd olan Dövlətyarlı kəndinin tikintisinə artıq başlanılır. Xocavənd rayonunun Tuğ kəndində və Hadrut qəsəbəsində, eləcə də Füzuli rayonunun 7 kəndində layihələndirmə işləri davam etdirilir”, – E. Hüseynov qeyd edib.

Bildirilib ki, yeni təməli qoyulan 4 kəndlə birlikdə ümumilikdə Ağdam rayonu üzrə 11 kəndin qurulması istiqamətində işlər davam etdirilir

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…