4 Avqust 2026 / 09:44

Ağdamda yanğın baiskarları belə ələ keçdi- VİDEO-FOTO

Ağdamda yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb… Ağdam rayonu ərazisində baş vermiş yanğınlarla bağlı polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əkin sahələrinin qəsdən yandırıldığı müəyyən edilib. Tezadlar.az DİN-nin mətbuat xidmətinə istinadla bildirir ki, PUA və müşahidə kameralarının görüntüləri əsasında hadisəni törətməkdə şübhəli bilinən 29 yaşlı Səbuhi Hüseynli saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq və digər zəruri prosessual tədbirlər davam etdirilir.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!