Əsas məzmuna keç

Ağdamın Əfətli kəndində tort 6 nəfəri həkimlik etdi

Ağdamın Əfətli kəndində 6 nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırma aparılır.  Bu barədə “Təzadlar”ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.  Sitat: “Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək”.

Tortdan zəhərlənən və yolu həkimə düşən şəxslər bunlardır:

– 1962-ci il təvəllüdlü Əsədova Gülbuta Şiralı qızı

– 2001-ci il təvəllüdlü Əsədov Elçin Ayaz oğlu

– 2003-cü il təvəllüdlü Əsədov Elvin Ayaz oğlu

– 1993-cü il təvəllüdlü İsmayıllı İsmayıl

– 2006-cı il təvəllüdlü Əsədova Türkan

– 2006-cı il təvəllüdlü Piriyeva Nəzakət

Qida hazırlamaq təcrübəsi olmayanların kustar üsulla evdə tort bişirməsi tamamilə yolverilməzdir. Çünki tort spesifik hazırlanma texnologiyasına malikdir…

Rövşanə

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…