Əsas məzmuna keç

Ağdərədə minaya düşənin ayağı amputasiya olundu

Ağdərədə minaya düşən Əliyev Natiq Namiq oğlunun sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya olunub. Bu barədə Bərdə rayon Mərkəzi Xəstəxanasından bildirib. Xəstəxananın travmatoloqu Hafiz Əliyev bildirib ki, 16 noyabr 2025-ci ildə saat 13:20 radələrində Ağdərə rayon Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1990-cı il təvəllüdlü Natiq Əliyev) Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Hazırda onun reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…