3 Mart 2026 / 18:16

Ağır xəstə azyaşlıya yığılan pulları mənimsəyən şəxs saxlanıldı

Bakıda ağır xəstə uşaq üçün bank kartına yığılan pul oğurlanıb.

Tezadlar.az xəbər verir ki, bu barədə DİN mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nəsimi rayon sakini olan bir nəfərin ağır xəstəlikdən əziyyət çəkən azyaşlı övladı üçün maddi yardım toplanması məqsədilə sosial şəbəkələrdə paylaşdığı bank kartı məlumatları informasiya texnologiyalarından istifadə olunmaqla oğurlanıb. Bu barədə zərərçəkən polisə məlumat verib.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Orxan Hacıyev müəyyən edilərək saxlanılıb. O. Hacıyev ifadəsində həmin bank kartının konfidensial məlumatlarını əldə edərək hesabda olan pul vəsaitini müxtəlif kartlara köçürdüyünü və sonradan nağdlaşdırdığını bildirib.

Faktla bağlı araşdırma davam etdirilir.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!