Əsas məzmuna keç

AHİK-NİN MƏTBUAT KATİBİ NAZİM AĞAMİROV VƏFAT EDİB -FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHIK) əməkdaşı vəfat edib.

“Təzadlar” N.Ağamirovun yaxınlarına istinadla xəbər verir ki, Konfederasiyanın Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri (mətbuat katibi) Nazim Ağamirov uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. O, uzun illər şəkər xəstəliyindən əziyyət çəkirmiş.

Xatırladırıq ki, Nazim Ağamirov uzun illər Azərbaycanın Yəməndəki səfirliyində çalışıb, “Ədalət” qəzetində baş redaktorun 1-ci müavini işləyib.

Allah rəhmət eləsin!

Asif Mərzili

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…