Əsas məzmuna keç

Aİ bu ölkələri Rusiyaya qarşı sanksiyaları dəstəkləməyə məcbur etməyə çalışır

Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin təsdiqi üçün Macarıstan və Slovakiyaya təzyiq göstərə biləcəyinə inanır.

Tezadlar.az xəbər verir ki, bu barədə “Politico” avropalı diplomatlara istinadən məlumat yayıb.

Bundan əvvəl Slovakiya və Macarıstan Rusiyanın enerji resurslarının Avropa İttifaqına idxalına qoyulan qadağanın mümkün mənfi nəticələrindən narahat olduqlarını bildiriblər və buna görə də 18-ci anti-Rusiya sanksiyalar paketinin qəbuluna mane olublar.

“Diplomatlar əmindirlər ki, onlara təzyiq göstərə və 19-cu paketin qəbulu üçün lazım olan yekdil dəstəyə nail ola biləcəklər”, – məqalədə qeyd olunur.

“Politico” xəbər verir ki, diplomatlardan biri xatırladıb ki, Avropanın Rusiyaya qarşı əvvəlki bütün sanksiyalar paketləri artıq təsdiqlənib. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiyalar paketi sentyabrın əvvəlinə qədər hazırlanacaq.

Daha əvvəl “Vedomosti” “2014-2023-cü illərdə ABŞ-ın hədəflənmiş (şəxsi) sanksiyalarının Rusiya şirkətlərinə təsirinin qiymətləndirilməsi” araşdırmasının nəticələrinə istinad edərək, Rusiya şirkətlərinə qarşı tətbiq edilən şəxsi sanksiyaların gözlənilənlərin əksinə olaraq, onların gəlirlərinə ciddi mənfi təsir göstərmədiyini bildirib. Əksinə, məhdudiyyətlər bu müəssisələrin bəzi sahələrdə fəaliyyətinin genişlənməsinə səbəb olub.

E.ŞİRİNOV

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…