20 Dekabr 2025 / 10:24

Aİ Putinlə qarşılaşmaq fürsətini əldən verdi – “The Telegraph”

Ukrayna Təhlükəsizlik Xidmətinin Aralıq dənizində Rusiyanın “kölgə donanması” tankerinə pilotsuz təyyarə ilə hücum etməkdəki uğuru ruslara qarşı mübarizənin bariz nümunəsidir.

Tezadlar.az xəbər verir ki, “The Telegraph” qəzetinin redaksiya məqaləsində yazdığı kimi, müharibənin hər mərhələsində, Rusiya prezidenti Vladimir Putinin qüvvələrini Kiyevdən uzaqlaşdırmaqdan tutmuş flaqman gəmisi “Moskva”nın batmasına qədər, Ukraynanın müdafiəçiləri skeptiklərə meydan oxuyub və daha böyük və varlı bir ölkəyə müqavimət göstərmək üçün məhdud resurslardan olduqca səmərəli şəkildə istifadə ediblər.

Nəşr iddia edir ki, Qərb ölkələri Rusiyanın tammiqyaslı işğalının lap əvvəlində Ukraynanı tam dəstəkləsəydilər, indiki vəziyyət xeyli yaxşı ola bilərdi.

“Buna baxmayaraq, Ukraynaya mümkün olan maksimum dəstəyi göstərmək üçün tutarlı səbəblər var, çünki o, Putinin sülh danışıqları üzərində təsir gücü əldə etmək cəhdlərini əngəlləməyə çalışır”, – deyə nəşr yazıb.

Jurnalistlər qeyd ediblər ki, bu baxımdan, Avropanın Ukraynaya 90 milyard avroluq krediti ən yaxşı halda qismən qələbədir.

“…Avropa liderlərinin sabah öz ərazilərində müharibənin qarşısını almaq üçün bu gün Ukraynanı dəstəkləmək zərurəti ilə bağlı ritorikası bir daha onların maliyyə öhdəliklərinin miqyasını dəstəkləmədi”, – deyə jurnalistlər hesab edirlər.

Onlar qeyd ediblər ki, Ukraynanın xeyrinə dondurulmuş 210 milyard avroluq Rusiya aktivlərinin səfərbər edilməməsi bu seriyanın daha bir nümunəsidir.

“Bu məbləğ daha çox hərbi texnika almaq və Ukrayna dövlətinin maliyyə sabitliyini əhəmiyyətli dərəcədə artırmaq üçün istifadə edilə bilərdi… Bu, Avropanın özünü təsdiqləməsi və Moskvaya qarşı daha sərt mövqe tutması üçün əldən verilmiş fürsət idi”, – deyə nəşr yekunlaşdırıb.

Ukrayna üçün təzminat krediti

Avropa Birliyinin Ukraynaya 90 milyard avroluq kredit vermək qərarı AB daxilində bölünmələri və Kiyevə daha çox dəstək üçün artan müqaviməti nümayiş etdirdi.

Bir müddət əvvəl “Financial Times” qəzeti maliyyələşdirmə müqaviləsinin olmamasının qətiyyətliliyin gözlənildiyi bir vaxtda AB-nin zəifliyinin ciddi bir əlaməti olacağını yazırdı.

E.ŞİRİNOV    

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!