Əsas məzmuna keç

AK RUSİYANIN DONDURULMUŞ AKTİVLƏRİNİN GERİ QAYTARILACAĞINI DÜŞÜNÜR?

AK Ukraynana kömək etməyi aktivlərin faizləri ilə kömək etməyi düşünür…

Avropa Komissiyasının (AK) hüquqşünasları belə qənaətə gəliblər ki, Rusiya Federasiyası Mərkəzi Bankının (RFMB) Aİ-də dondurulmuş aktivləri Ukraynadakı münaqişə başa çatdıqdan sonra Rusiyaya qaytarılmalı olacaq. Bu barədə cümə axşamı Almaniyanın Die Welt qəzeti AK-nin dərc olunmamış sənədinə istinadən məlumat yayıb. 

Nəşrin yazdığına görə, AK ekspertləri yazır ki, hüquqi nöqteyi-nəzərdən Rusiya Federasiyası Mərkəzi Bankının aktivləri Ukraynaya sadəcə belə verilə bilməz. “Siyasi iradə var, lakin hüquqi maneələr yüksəkdir. Avropa Komissiyası ayıq-sayıq nəticəyə gəlir ki, dondurulmuş ehtiyatlara toxunmaq olmaz, çünki bir gün müharibə başa çatdıqdan sonra onlar Rusiyaya qaytarılmalı olacaqlar”, -Die Welt qeyd edir.

 Bununla əlaqədar, AK növbəti addımı təklif edir: Rusiya Federasiyası Mərkəzi Bankının dondurulmuş aktivlərini Avropa dövlət istiqrazlarına yatırmaq və faizlərdən Kiyevə ödəmək üçün istifadə etmək. O, bu cür istiqrazlar üzrə gəlirliliyi ildə 2,6% qiymətləndirir.

Həmçinin qəzet yazır ki, ekstremal ssenaridə bu cür itkilər 4 milyard avro təşkil edə bilər, baxmayaraq ki, AK-nin fikrincə, “risklər çox aşağıdır”.

 “Bu halda necə davam etmək, hələ aydınlaşdırmaq lazımdır”, – Die Welt bildirib.

Die Welt-in məlumatına görə, 2022-ci ilin yazından bəri Aİ Rusiyanın təxminən 300 milyard avro qızıl-valyuta resurslarını və daha 29 milyard avro iri Rusiya biznes nümayəndələrini dondurub.

 

Y.MƏMMƏDLİ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…