Rusiyalı aktyor və musiqiçi Qleb Kalyujnı hərbi xidmətə gedəcəyi Moskvaya çağırış məntəqəsinə gəlib.
Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.
Daha əvvəl hüquq-mühafizə orqanları bildirmişdilər ki, müstəntiqlər Kalyujnı hərbi xidmətə yola düşdüyü yerə gəlmədiyi üçün ona qarşı cinayət işi açıb. Aktyoru iki ilə qədər həbs gözləyirdi; çağırış vərəqəsini aldığı vaxt onun hərbi xidmətdən möhlət üçün heç bir əsası yox idi.
Mayın 17-də aktyorun agenti bildirib ki, Kalyujni hərbi xidmətini başa vuracaq.
Qeyd edək ki, Kalyujnı “Orta zolağın vampirləri”, “Saxlanılan qadınlar-3” və “Çətin yeniyetmələr” seriallarında oynadığı rollarla tanınır.
E.ŞİRİNOV







