Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyul 2026 / 17:20

“Ali Baş Komandan İlham Əliyev daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirib”

Bu gün Azərbaycan Polisi yaranmasının 108-ci ildönümünü qeyd edir.  Azərbaycan polisi ölkəmizdə sabitliyin və təhlükəsizliyin keşiyindədir.

Bu sözləri deputat Vüqar Bayramov sosial media hesabında qeyd edib:

“Ali Baş Komandan İlham Əliyev daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirib, polis əməkdaşlarının dövlətçiliyin möhkəmləndirilməsində, ictimai asayişin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə mühüm rol oynadığını dəfələrlə qeyd edib. İşğaldan azad edilmiş torpaqlarda dövlətin suverenliyinin bərpası və ictimai təhlükəsizliyin təmin olunmasında Azərbaycan polisi xüsusi töhvəyə malikdir. Azərbaycanın daxili sabitliyinin və ictimai asayişin keşiyində ayıq-sayıq dayanan bütün polis əməkdaşlarını təbrik edir, vacib işlərində uğurlar arzulayıram”.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!