Ali təhsili olmayan insanların gəliri az olur – Təhsil eksperti bu fikirdədir

Oxunma sayı: 260
 “Təhsilə daha çox sərmayə qoyulmalıdır!”
***
Bu qrafik göstərir ki, ali təhsilli insanlar daha uğurlu karyera qurur, daha yüksək gəlir əldə edir və ümumi yaşayış səviyyələri daha yaxşı olur.

Tezadlar.az  xəbər verir ki, ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru  Kamran Əsədov bu fikirdədir.
Təhsil üzrə mütəxəssis təhsilin həyat keyfiyyətinə təsirini təqdim etdiyi qrafik ilə əsaslandırıb.
O vurğulayıb ki, orta və ya aşağı təhsilli insanlar isə daha çox çətinliklərlə üzləşir və həyat keyfiyyətləri aşağı olur.
” Təhsilin təsiri təkcə bilik qazanmaq deyil, həm də gələcək imkanlar və həyat şəraitidir. Əgər cəmiyyətin təhsil səviyyəsi aşağı olarsa, gəlir fərqləri artır, sosial ədalətsizlik yaranır və insanların rifahı azalır. Təhsilə daha çox sərmayə qoyulmalıdır! Çünki təhsil təkcə fərdi inkişaf deyil, həm də ölkənin gələcəyini formalaşdıran əsas amildir”, – deyə o qeyd edib.
JASMİN
Xəbəri paylaş

18 Aprel