Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Argentina hökuməti 2026-cı il Dünya Çempionatı zamanı təxminən 13 min azarkeşin stadionlara buraxılmamasını istəyib.
Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, qərarın məqsədi aliment öhdəliklərini yerinə yetirməyən valideynlərə qarşı tədbirlərin gücləndirilməsi və onların borclarını ödəməyə sövq edilməsidir.
Məlumata görə, hökumət uşaqlarına aliment ödəməyən valideynlərin siyahısını ABŞ rəsmilərinə təqdim edib. Rəsmilər hesab edirlər ki, övladlarını təmin etməyənlər idman oyunlarını izləmək imkanından məhrum edilməlidir.
Siyahıya həmçinin zorakılıq cinayətlərində adı hallanan şəxslər də daxil edilib.
Qeyd edək ki, Argentina 2026 Dünya Çempionatına son dünya çempionu kimi qatılır və turnirin əsas favoritlərindən biri hesab olunur.