Əsas məzmuna keç

ALLA PUQAÇOVA MƏHKƏMƏYƏ VERİLİB

Solneçnoqorsk şəhər dairəsinin Əmlakın İdarə Edilməsi Komitəsi müğənni Alla Puqaçovaya qarşı iddia qaldırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti”-yə şəhərin mətbuat xidmətindən bildirilib.

Belə ki, 2021-ci ilin aprelindən bəri sənətçi Berejki kəndindəki torpaq sahəsinin icarə haqqını ödəmir.

“7 aprel 2023-cü il tarixində Əmlakın İdarə Edilməsi Komitəsi 2021-ci ilin aprel ayından yaranmış borcun ödənilməsi üçün Moskvanın Tverskoy rayonunun 367 saylı Sülh Məhkəməsinə iddia ərizəsi göndərib”, – məlumatda deyilir.

Mətbuatın yazdığına görə, bir neçə il əvvəl Puqaçova nəvəsi Nikita Presnyakova Berejkidə daça verib. O, malikanəni satışa çıxarıb. Qeyd edək ki, evin dəyəri 225 milyon rubl qiymətləndirilir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…