Əsas məzmuna keç

Alvares La Liqa ilə vidalaşır?

“Atletiko”nun hücumçusu Xulian Alvares karyerasını La Liqada davam etdirməyə üstünlük verir.

Tezadlar.az xəbər verir ki, “The Touchline” nəşrinin yaydığı məlumata görə, argentinalı futbolçunun adı “Barselona” və “Arsenal” klubları ilə hallanır. Lakin futbolçu Premyer Liqanın aparıcı klubları tərəfindən ona olan marağı yüksək qiymətləndirsə də, əsas prioriteti məhz İspaniyada yaşamaq və oynamağa davam etməkdir.

Xatırladaq ki, nüfuzlu “Transfermarkt” portalı Xulian Alvaresin transfer dəyərini 90 milyon avro olaraq qiymətləndirir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…