Bu günlərdə bəzi elektron mediada professor Şahin Bağırovun elmi dərəcəsini satması barədə iddialı yazılar vermişdilər. Tezadlar.az xatırladır ki, Şahin Bağırov bu tip yanlış informasiya yazan saytlara səslənib, etirazını bildirdi. Sİtat: “…Bəzi saytlar “Şahin Bağırov elmlər doktoru elmi dərəcəsini satır” sərlövhəli informasiya yayımlayıblar. Düzü, heyrət etdim! Bunu yazan savadı qıcğırmış jurnalist özünü ifşa etmək istəyib, yoxsa məni rüsvay ?! Ay bala, elmi dərəcəmi yoxee, yazdığım öz tədqiqat əsərimi – doktorluq dissertasiyamı satmaq istəyirəm. Bu, mənim halal intellektual mülkiyyətimdir! Günəşi başqa şey oxumayın da, həm ayıbdı, həm də axı günahdı!..
P.S: elmi dərəcəm “Siyasi elmlər üzrə fəlsəfə doktoru”dur. Bunu istəsəm də sata bilmərəm. Ta almışam ))”.
Elçin