Əsas məzmuna keç

AMŞ “YALI ÇAPKINI”NI MƏHKƏMƏYƏ VERDİ

Türkiyədə yayımlanan “Yalı çapkını” serialı ilə bağlı araşdırma aparılır.

TEZADLAR.AZ xəbər verir ki, Avropa Musiqi Şirkəti ekran işi ilə bağlı İstanbul Baş Prokurorluğunamüraciət edib. Şikayət ərizəsində serialın prodüser şirkəti “OMG Production”la əlaqə yaradılsa və bir çox xəbərdarlıqlar edilsə də onlara məxsus mahnılardan icazəsiz istifadə edildiyi bildirilib.

Söhbət isə musiqiçi Senara aid “Kimseye etmem şikayet” (ilk bölümdə) və “Dedüblüman” qrupuna məxsus “Sakladığın bir şeyler var” (4-cü bölümdə) mahnılarından gedir.

Bu səbəbdən prodüser şirkətin haqsız qazanc əldə etmə maddəsi ilə cəzalandırılmasını tələb edilir. Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, serialın baş rollarını aktyorlar Afra Saraçoğlu və Mert Ramazan Demir canlandırır.

axşam.az

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…