Əsas məzmuna keç

ANAMA-da ixtisarlar: Qarabağ müharibəsinin veteranları ciddi narahatdır!

…Bu gün artıq üçüncü telefon zəngidir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində ixtisarların aparılmasından doğan narahatlıqlardan bəhs edir. “Təzadlar”la əlaqə saxlayan veteranlar bildirdilər ki, bir müddətdir ANAMA-dan ixtisar xəbərdarlığı alınmaqdadır: “…Təəssüflər olsun ki, ixtisarlara da ilk növbədə işə götürülmüş Birinci Qarabağ və 44 günlük Vətən Müharibəsinin veteranlarından başlayırlar. Halbuki ölkə Prezidenti, cənab İlham Əliyevin xüsusi göstərişi var ki, müharibə veteranları xüsusi hallarda ixtisara salına bilər… Qalmışıq, necə deyərlər, ANAMA ilə minaların arasında. Hamı bilir ki, işğaldan azad edilmiş ərazilərdə tez-tez mina partlayışlarından nə qədər ölən və şikəst olanlarımız var. Mina təmizləmə nə qədər risqli və çətin işdirsə, bir o qədər də minaya düşən insanların itkiləri bizi narahat edir. Amma indi görülməli işlər, təmizlənməli minalı ərazilər var ikən, bizləri ixtisara salırlar. Səbəbi isə hələ də müəmmalı və bizim üçün qaranlıq qalmaqdadır… Xahiş edirik, səsimizi Ali Baş Komandan cənab İlham Əliyevə çatdırasınız…”.

Məsələ ilə bağlı  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin rəsmi saytındakı telefona dəfələrlə zəng etsək də, operatordan dolaşıq cavablar aldıq. Çox istərdik ki, ANAMA rəsmiləri bu və ya digər məsələlərə, Qarabağ müharibəsi veteranlarını narahat edən suallara aydınlıq gətirsinlər.

SONDA: Prezident İlham Əliyevin bu sözləri ANAMA-nın fəaliyyətinin fəlsəfəsidir: “Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir!”.

Elə isə, bu sahədə qaranlıq sual da olmamalıdır!

“Təzadlar”

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…