Əsas məzmuna keç

TƏRTƏRDƏ MİNAYA DÜŞƏN ŞƏXSİN HƏR İKİ AYAĞI TOPUQ NAHİYƏSİNDƏN AŞAĞI AMPUTASİYA EDİLİB

Oktyabrın 23-də Tərtər rayonunda minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən verilən məlumata görə, mina partlayışı nəticəsində Tərtər rayonunun Seydimli kənd sakini 1996-cı il təvəllüdlü Əlizadə Samir Bruc oğlu xəstəxanaya yerləşdirilib və hər iki ayağı topuq nahiyəsindən aşağı amputasiya edilib.

ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır!

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…