Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə paytaxtı gücləndirilmiş təhlükəsizlik rejiminə keçib. Ankara 36-cı NATO sammitinə hazırlaşır. Hakimiyyət orqanları şəhərin girişlərində yoxlamaları gücləndirib və yolları bağlayır. Təhlükəsizliyi təmin etmək üçün on minlərlə polis əməkdaşı səfərbər edilib.
Tezadlar.az xəbər verir ki, liderlərin görüşünün keçiriləcəyi Beştəpə prezident kompleksinin ətrafındakı ərazi nəqliyyat üçün bağlanacaq. Eyni tədbir rəsmi nümayəndə heyətlərinin qalacağı otellərin ətrafındakı ərazilərə də şamil ediləcək. Kortej marşrutları üçün müvəqqəti məhdudiyyətlər planlaşdırılır.
Türkiyə hökuməti dəyişikliklərin ictimai nəqliyyata da təsir edəcəyini açıqlayıb. Bir neçə metro stansiyası müvəqqəti olaraq sərnişinlər üçün bağlanacaq. Ankaranın doqquz rayonunda çalışan dövlət qulluqçuları 6-12 iyul tarixlərində inzibati məzuniyyətə göndəriləcək.
E.ŞİRİNOV