Əsas məzmuna keç

Anlaşma memorandumuna ABŞ-ın Hörmüz boğazından keçid protokolunun tətbiqi daxil deyil

İran mediası iddia edir ki, Tehran və Vaşinqton arasında imzalanması ehtimal olunan anlaşma memorandumunda ABŞ protokollarının Hörmüz boğazından keçən İran gəmiləri üçün tətbiqi ilə bağlı heç bir bənd yoxdur.

Tezadlar.az xəbər verir ki, İranın yarı-rəsmi “Tasnim” Xəbər Agentliyində dərc olunan bir xəbərdə Tehran və Vaşinqton arasında potensial anlaşma memorandumunun qiymətləndirilməsi yer alıb.

Açıqlamada bildirilir ki, memorandumda ABŞ protokolunun Hörmüz boğazından keçən İran gəmiləri üçün tətbiqi ilə bağlı heç bir bənd yoxdur.

Memoranduma əsasən, İran Hörmüz boğazında tranzit trafikini 30 gün ərzində müharibədən əvvəlki səviyyəyə qaytaracaq və bunun müqabilində ABŞ eyni müddət ərzində dəniz blokadasını tamamilə ləğv edəcək.

Digər tərəfdən, hesabatda İranın dondurulmuş aktivləri tədricən azad edilmədikcə razılaşma əldə edilə bilməyəcəyi iddia edilirdi.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…