Əsas məzmuna keç

ANTİTERROR ƏMƏLİYYATINDA YARALANAN POLİS ŞƏHADƏTƏ QOVUŞDU

Antiteror əməliyatları zamanı ağır yaralanan Çevik Polis Alayının polis nəfəri Muradov Əzizbəy Etibar oğlu bu gün şəhadətə qovuşub.

TEZADLAR.AZ yerli KİV-ə istinadən  xəbər verir ki, bu barədə Əzizbəy Muradovun yaxınları məlumat verib.

Şəhidin dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq.

Xatırladaq ki, Əzizbəy musiqi təhsilli döyüşçümüz idi. O, 44 günlük müharibədə ermənilərin zəbt etmiş olduğu evlərdə pianoda və qarmonda gözəl ifaları ilə məşhurlaşmışdı.

Prezident tərəfindən “Cəbrayılın azad olunmasına” görə medalı ilə təltif edilmişdi.

Allah rəhmət eləsin!

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…