Əsas məzmuna keç

APELLYASİYA MƏHKƏMƏLƏRİNİN 2 HAKİMİ ALİ MƏHKƏMƏYƏ HAKİM TƏYİN EDİLDİ

Azərbaycan Respublikası Ali Məhkəməsinə yeni hakimlər təyin edilir.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, aşağıdakı apellyasiya məhkəmələri hakimlərinin vəzifələrindən azad edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilməsi təklif edilir:

Hüseyn Aida Əli qızı
Muxtarov Teyyub Asif oğlu.

Məsələ müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…