Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Masallı rayonu, Babaser kəndində fəaliyyət göstərən, fiziki şəxs Qardaşov Mais Ələkbər oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Tezadlar.az xəbər verir ki, AQTA-nın məlumatına görə, marketdə istifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları, qazlı su və mənşəyi məlum olmayan “Organic Lyuks”, “Lyuks Line”, “Gold Organik”, “Banqero Organic”, “Органик Березка”, “Vip Line” əmtəə nişanlı saxta alkoqollu içkilər müəyyən edilərək satışdan kənarlaşdırılıb, istehlaka yararsız məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.