17 Aprel 2026 / 17:11

Arda Gülər baş vermiş hadisəyə görə üzrxahlıq etdi

“Real”ın yarımmüdafiəçisi Arda Gülər UEFA Çempionlar Liqasında mübarizəni başa vurmalarına reaksiya verib.

Tezadlar.az xəbər verir ki, türkiyəli futbolçu sosial şəbəkə hesabındakı paylaşımında yazıb:

“Bu, belə olmamalı idi. Çox üzr istəyirik. Geri qayıdacağıq. Madrid, davam et”.

“Real” ÇL-in 1/4 finalının cavab matçında “Bavariya”ya 3:4 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Arda Gülər oyunda 2 qol vurub. Matç bitdikdən sonra isə o, hakimlə mübahisə etdiyinə görə qırmızı vərəqə alıb.

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!