Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Arsenal” Premyer Liqada bir mövsüm ərzində künc zərbələrindən vurulan qollar üzrə rekord müəyyənləşdirib.
Tezadlar.az xəbər verir ki, “topçular” İngiltərə çempionatının 34-cü turunda “Nyukasl”ı qəbul edib (1:0). Ebereçi Eze 9-cu dəqiqədə standart vəziyyətin oynanılmasından sonra cərimə meydançasından kənardan vurduğu zərbə ilə hesabı açıb.
“Topçular” cari mövsümdə künc zərbəsindən 17-ci qolunu vurub. Bu, liqa tarixində ən yüksək göstəricidir.
2023/24 mövsümündə “Arsenal” bu cür 16 qol vurmuşdu. Eyni göstərici 1992/93 mövsümündə “Oldhem” və 2016/17 mövsümündə “Vest Bromviç” tərəfindən də qeydə alınmışdı.