Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nəhayət, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri İqnazio Kassis Azərbaycana ilk rəsmi səfərinə başladığını açıqlayıb. Tezadlar.az xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib. Kassis bildirib ki, İsveçrə Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir və ticarət, innovasiya, iqtisadiyyat sahələrində əməkdaşlığı dərinləşdirməyi, eyni zamanda Cənubi Qafqazda dialoq, sülh, sabitlik və rifahın təşviqi istiqamətində fəaliyyəti gücləndirməyi hədəfləyir. ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib ki, bu səfər daha geniş regional diplomatik təmasların başlanğıcıdır. Onun növbəti səfəri Türkmənistana olacaq.