26 Aprel 2026 / 13:56

Atışmada Trampın xəsarət almadığına görə Allaha şükür edənlər

1981-ci ildə eyni Vaşinqton Hilton otelində prezident Ronald Reyqana qarşı sui-qəsd cəhdi edilmişdi

Respublikaçı senator Lindsi Qrem sosial media səhifəsində ABŞ prezidenti Donald Tramp, birinci xanım Melaniya, vitse-prezident J.D. Vens və digər iştirakçıların Vaşinqton Hilton Otelindəki atışmada xəsarət almadığına görə Allaha şükür edib.

“Prezident Tramp, birinci xanım, vitse-prezident Vens və ikinci xanımın hamısının, eləcə də şam yeməyində olan hər kəsin sağ-salamat olduğuna görə Allaha şükür edirəm. Əmin olduğum tək şey odur ki, yaşadığımız dövr Prezident Trampa və digər dövlət məmurlarına qarşı görünməmiş təhdid axını yaradır”, – Tezadlar.az xəbər verir ki, Qrem yazıb.

O, Amerika xalqını “daha sakit sular” üçün dua etməyə çağırdı və onları “problemin deyil, həll yolunun bir hissəsi olmağa” çağırıb.

Xəbər verdiyimiz kimi, 25 aprel axşamı Donald Trampın qaldığı Vaşinqtonda Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulu zamanı Vaşinqton Hilton Otelində silahlı hücum baş verib.

Şübhəli hadisə yerində saxlanılıb və prezident xəsarət almayıb. Bir saat sonra Tramp özü mətbuat konfransında hadisə ilə bağlı danışaraq silah səslərini yerə düşmüş qabla müqayisə etdi.

Bu arada, 1981-ci ildə eyni Vaşinqton Hilton otelində prezident Ronald Reyqana qarşı sui-qəsd cəhdi edilmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!