Əsas məzmuna keç

Avropa çempionatı: Azərbaycanın millisi Qazaxıstanı məğlub etdi

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

Tezadlar.az xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda 1/8 finalda Qazaxıstan seçməsi ilə qarşılaşıb.

“Tipos Arena”da keçirilən qarşılaşma 3:2 hesabı ilə bitib. Komandanın qollarına Rəvan Kərimov, İsa Atayev və Məhəmməd Xəlilov imza atıblar.

Günün digər görüşlərində Rumıniya millisi Avstriyanı (7:0), Serbiya Yunanıstanı (4:2), Çexiya isə Monteneqronu (2:0) məğlub edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…