AVROPA İTTİFAQI SEÇKİ SAXTAKARLIĞINI ARAŞDIRMAĞI TAPŞIRDI VƏ…

Güecüstanın seçki qalmaqalı Avropa İttifaqını da ciddi narahat edir…

Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Gürcüstana çağırış edib. Tezadlar.az CNN- ə istinadla xəbər verir ki, o, sosial media hesabında müvafiq orqanları öz vəzifələrini yerinə yetirməyə və seçki pozuntularını təcili şəkildə araşdırmağa çağırıb. Cozep Borrell deyib: “Gürcüstan Mərkəzi Seçki Komissiyasını və digər müvafiq orqanları öz vəzifələrini yerinə yetirməyə, seçki pozuntularını sürətli, şəffaf və müstəqil şəkildə araşdırmağa çağırırıq”. O qeyd edib ki, Aİ ATƏT/DTİHB-nin yekun hesabatını və tövsiyələrin mümkün qədər tez yerinə yetirilməsini səbirsizliklə gözləyir.

Ölkədə isə seçki qalmaqalı davam edir. Prezident də bu məsələdə müxalifəti dəstəkləməyə başladı və xalqı etirazlara səslədi. 

HəmçininSaakaşvili dəxşar çağırışlar edib…

A.Məmmədli

Xəbəri paylaş

10 İyul