Avropa Komissiyası AB institutlarında Macarıstanın casusluğunu araşdırır

Avropa Komissiyasının ekspertləri Macarıstanın Aİ qurumlarında kəşfiyyat fəaliyyəti ilə bağlı mətbuatda yayılan xəbərlər fonunda araşdırma aparacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə “Euobserver” məlumat yayıb.

Bir gün əvvəl Macarıstanın “Direkt36” portalı məlumat vermişdi ki, 2010-cu illərdə ölkənin kəşfiyyat xidməti Brüsseldə Aİ əleyhinə casusluğa başlayıb və Avropa qurumlarında çalışan macarları işə cəlb etməyə cəhd edib.

Məsələn, jurnalistlər qeyd ediblər ki, Macarıstanın Brüsseldəki Daimi Nümayəndəliyinin əslində Macarıstan kəşfiyyat xidmətinin əməkdaşı olan diplomat müntəzəm olaraq AK əməkdaşını, etnik macarı görüşlərə dəvət edib.

Avropa Komissiyasının sözçüsü Balazs Ujvari “Biz bu iddiaları araşdırmaq üçün daxili komanda yaradacağıq” deyib.

Bundan əvvəl bildirilmişdi ki, oktyabrın 2-də hüquq-mühafizə orqanları Belçika Təhlükəsizlik Xidmətinin əməkdaşını Çinə casusluqda ittiham edərək həbs ediblər.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti