Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Macarıstanın gələcək Baş naziri Peter Madyar aprelin 29-da Avropa İttifaqının dondurulmuş 17 milyard avro vəsaitinin blokdan çıxarılması üçün Budapeştin həyata keçirməsi zəruri olan islahatları müzakirə edəcəklər.
Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” Avropa Komissiyasına istinadən məlumat yayıb.
Agentlik bildirir ki, bu vəsaitin bir hissəsi, xüsusilə pandemiyadan sonrakı Bərpa Fondundan ayrılmış 11 milyard avro avqustun ortalarına qədər istifadə olunmalıdır, əks halda bu imkan birdəfəlik itiriləcək.
Danışıqlar vəsaitin blokdan çıxarılması üzrə tədbirlərlə bağlı olacaq, lakin digər məsələləri – məsələn, Macarıstanın “Erasmus” tələbə mübadiləsi proqramına qayıdışını da əhatə edə bilər. Ölkənin proqramda iştirakı akademik azadlıqla bağlı narahatlıqlar səbəbindən 2023-cü ilin əvvəlindən dayandırılıb.