Fransa prezidenti Emmanuel Makron Ağ Evdəki görüşdən sonra fotosessiya zamanı diplomatik protokolu pozub.
Tezadlar.az xəbər verir ki, Polşanın “Fakt” qəzeti buna diqqət çəkib.
“Emmanuel Makronun əli cibində olub ki, bu cür yüksək səviyyəli status tədbirləri zamanı bunu etmək düzgün deyil”, – nəşr yazır.
“Fakt”ın məlumatına görə, Fransa rəhbəri təsadüfi poza alıb ki, bu da onun təkcə diplomatik protokola deyil, həm də Vaşinqtondakı görüşün nəticələrinə diqqətsiz münasibətindən xəbər verə bilər.
Daha əvvəl Amerikanın “The Washington Post” qəzeti Avropa ölkələrinin liderlərinin ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə fotoda daha az gülümsədiyini, “The New York Times” isə Avropa liderlərinin bədən dilinin “tamamilə şən olmadığını” bildirmişdi.
E.ŞİRİNOV

