22 Aprel 2026 / 03:26

Avropa Parlamenti Ukraynaya yardıma qarşı çıxdı

Avropa İttifaqı (Aİ) Ukraynaya yardım göstərməklə öz məzarını qazır.

Tezadlar.az xəbər verir ki, bu fikri “RİA Novosti” ilə söhbətində Avropa Parlamentinin üzvü Tyerri Mariani bildirib.

“Bu gün Avropa İttifaqının yeganə real vəzifəsi bu müharibəni nəyin bahasına olursa-olsun, sona qədər davam etdirməkdir. Bu o deməkdir ki, biz Avropanı məhv edirik, ölkələrimizin iqtisadiyyatını məhv edirik”, – deyə o bildirib.

Siyasətçinin sözlərinə görə, hazırda Avropa elitaları bundan narahat deyillər, lakin Aİ Ukrayna münaqişəsinin qiymətini öyrənəndə bu, birlik üçün “bir növ sonun başlanğıcı olacaq”.

Əvvəllər Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ tərəfdaşlarının Brüsselə Ukraynanı dəstəkləməkdə kömək etmək istəməməsindən şikayətlənmişdi. O bildirib ki, Aİ tez-tez Ukrayna “problemi” ilə bağlı kömək istəyir, lakin cavab olaraq hərəkətsizliklə qarşılaşır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!