Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Görünməmiş istilər davam edir. Tezadlar.az Haber- Türk- ə istinadla bildirir ki, Avropada son bir həftə ərzində müşahidə olunan ekstremal isti hava şəraiti ilə əlaqədar 1 300-dən çox ölüm halı qeydə alınıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus bildirib. O, “X” sosial şəbəkəsində yazıb ki, iyunun 21-dən etibarən Avropada yüksək temperaturla əlaqəli 1 300-dən çox vaxtından əvvəl ölüm hadisəsi qeydə alınıb. Tedros Adanom Gebreyesus qeyd edib ki, temperatur stresi çox vaxt “səssiz qatil” adlandırılır, çünki onun fəsadları hər zaman dərhal nəzərə çarpmır. ÜST rəhbəri vurğulayıb ki, Avropa dünyanın ən sürətlə istiləşən qitəsidir və burada istiləşmə tempi qlobal orta göstəricidən iki dəfə yüksəkdir.
İstilər davam edir və ölənlər arasında azərbaycanlıların olması barədə isə hələki məlumat yoxdur.