14 Aprel 2026 / 14:04

Avropada nəfəslər kəsilir: Yarımfinalın ilk yolçuları bu gecə bəlli olur

Bu gün Çempionlar Liqasında ilk yarımfimalçıların adına aydınlıq gələcək.

Tezadlar.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab görüşləri çərçivəsində 2 matç keçiriləcək.

Belə ki, bu günə nəhənglərin duelləri nəzərdə tutulub. “Atletiko” 1 həftə əvvəl 2:0 hesabı ilə qalib gəldiyi “Barselona”nı qəbul edəcək. Cütün qalibi yarımfinalda “Arsenal” (İngiltərə) – “Sportinq” (Portuqaliya) duelinin üstün tərəfi ilə üz-üzə gələcək.

İngiltərədə “Liverpul” isə ötən həftə uduzduğu PSJ-ni sınağa çəkəcək. Bu cütün qalibi 1/2 finalda “Bavariya” (Almaniya) – “Real” (İspaniya) cütünün güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/4-in digər iki cavab görüşü sabah baş tutacaq.

14 aprel

23:00. “Liverpul” (İngiltərə) – PSJ (Fransa)

İlk oyun – 0:2

23:00. “Atletiko” (İspaniya) – “Barselona” (İspaniya)

İlk oyun – 2:0

15 aprel

23:00. “Bavariya” (Almaniya) – “Real” (İspaniya)

23:00. “Arsenal” (İngiltərə) – “Sportinq” (Portuqaliya)

Yarımfinal

“Liverpul”/ PSJ – “Bavariya” / “Real”

“Atletiko” / “Barselona” – “Arsenal” / “Sportinq”

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!