20 Aprel 2026 / 22:15

Avropada təkdir: Luis Díaz mövsümə damğa vurdu

Almaniya Bundesliqasının XXX turunda “Ştutqart”ı məğlub edərək (4:2) çempionluğu rəsmiləşdirən “Bavariya”nın futbolçusu Luis Dias rekorda imza atıb.

Tezadlar.az “OptaFranz”a istinadən xəbər verir ki, bu qarşılaşmada iki məhsuldar ötürmə ilə yadda qalan 29 yaşlı kolumbiyalı vinger rəsmi statistika aparılan (2004/2005) dönəmdən bəri Bundesliqanın bir mövsümündə ən azı 13 qol vurub və eyni sayda assist edən ilk “Bavariya”lı olub.

15 qol və 13 məhsuldar ötürmə ilə yadda qalan futbolçu Avropanın “Böyük beşlik” liqalarında cari mövsümdə bu nəticəni göstərən yeganə oyunçudur.

Luis Dias ötən yay İngiltərənin “Liverpul” klubundan 70 milyon avro qarşılığında Almaniya nəhənginə keçib.

Kolumbiyalı oyunçunun “Bavariya” ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!