Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 İyun 2026 / 08:41

Avstraliya Afrikada ebola ilə mübarizəyə vəsait ayırıb

Avstraliya hökuməti Konqo Demokratik Respublikası və Uqanda ərazilərində ebola qızdırmasının yayılmasına qarşı mübarizəyə kömək məqsədilə 5 milyon Avstraliya dolları (təxminən 3,2 milyon ABŞ dolları) ayırmaq barədə qərar qəbul edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonqun bəyanatında deyilir.

Sənədə əsasən, ayrılan vəsait Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), həmçinin Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası vasitəsilə köçürüləcək.

“Maliyyələşdirmə dərman preparatlarının və lazımi tibbi avadanlıqların satın alınmasını təmin edəcək, sanitariya xidmətlərinə dəstək verəcək, xəstəliyin yayılmasının monitorinqini aparmağa və yerli səhiyyə sistemlərinin gücləndirilməsinə kömək göstərməyə imkan yaradacaq”, – nazir vurğulayıb.

Konqoda sayca on yeddinci ebola alovlanması cari ilin mayın 15-də qeydə alınıb. Xəstəliyin ocağı İturi əyaləti olub. Konqo Səhiyyə Nazirliyinin məlumatına görə, eboladan təsdiqlənmiş ölüm hallarının sayı 60-a çatıb, təsdiqlənmiş yoluxma halları isə 344-ə yüksəlib. Ebola virusuna yoluxma halları İturi əyaləti ilə həmsərhəd olan Uqandada da qeydə alınıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!