AYNA BU DƏFƏ İSƏ PARLAMENT PROSPEKTİNİ ZƏBT ETDİ

…Onsuz da yolları darısqal olduğundan həlli mümkünsüz tıxaclara ünvan edilmiş Bakının yolları getdikcə fərdi minik avtomobilləri üçün daha da daralır…

Statistika və müşahidələr də göstərir ki, son 15 ildə fərdi minik maşını olan sürücülərin xeyrinə hansısa bir dəyişiklik edilməyib. Amma əksinə, cərimələr artırılıb, yollar daraldılıb, bir sözlə, sürücülər getdikcə divara sıxılır… Bakıda tıxacların həll edilməsini qarşısına məqsəd qoymuş (Əsasnaməsində də belə deyilir) AYNA rəhbərliyi və işçiləri isə əksinə, getdikcə tıxacları daha da sərtləşdirməkdədir. bütün TV və elektron mediada, sosial şəbəkələrdə yazılmasına rəğmən, AYNA onsuz da dar, ensiz olan Bakı yollarındakı zolaqları bir-bir kəsib parkovkaya, BUS-a və velosipedə ayırmaqla bu missiyanı fəxrlə davam etdirir. Məsələn, “Təzadlar” dəfələrlə yazıb, Xocalı prospektindəki 4 zolaqlı yol indi BUS, parkovka və velosipedə ayrılıb, ona görə də minik avtomobillərinin tıxacının uzunluğu az qala km-yə çatır.

Bu dəfə isə AYNA parlament prospektinə əl qoyub. Axşam saatlarında yol polisinin Şəhidlər Xiyabanı dairəsində avtomobilləri yola növbə ilə buraxmasını yəqinki hamı görüb… 3 zolaqlı bu yol əvvəllər tıxacla daim yüklü olub, tıxacın uzunluğu SPACE-yə qədər gedib çıxırdı. İndi AYNA bu prospektə z zolağı olan yolu olmayan velosipedə və BUS-a ayırmaqla yolu süni surətdə daraldaraq tıxacın uzunluğunu Teleteatra çatdırıb.

Hansı ağıl yiyəsidir bunları edən??? Daim avtomobil sıxlığı ilə diqqəti çəkən prospektdə bu vəziyyəti niyə və nə məqsədə yaradırlar??? 

A.Məmmədli

Xəbəri paylaş