Əsas məzmuna keç

AYNA-nın korrupsiya fəaliyyəti «Təzadlar»ın aynasında -2-Cİ YAZI

(Əvvəli ötən yazıda)

https://tezadlar.az/ayna-nin-korrupsiya-fealiyyeti-tezadlarin-aynasinda/

EPİZOD 4:

“Embawood” MMC-yə ofis mebeli tenderi, dampinq və qiymət anomaliyası:

NƏ VAXT, HARADA, HANSI LAYİHƏDƏ:

12 aprel 2025; AYNA; AYNA-nın müdiriyyət otaqları üçün ofis mebeli satınalması.

İŞTİRAK EDƏN ŞƏXSLƏR:

Hüquqi şəxslər: AYNA (sifarişçi), “Embawood” MMC (qalib).

Fiziki şəxslər: Məmmədov Məşhur Şahbaz oğlu – “Embawood” MMC-nin keçmiş rəhbəri, Milli Məclisin deputatı.

“Maxinasiya”nın təsviri: – Tenderin ilkin qiyməti 357.859 manat olmuş, qalib “Embawood” MMC 104.181 manat təklif vermişdir (ilkin qiymətdən 3,4 dəfə aşağı). CCR = 0.291.

Beynəlxalq təcrübədə ilkin qiymətdən 3 dəfədən çox aşağı təklif «dampinq» və ya “kartel razılaşması” əlaməti sayılır. Tenderin qalibinin keçmiş rəhbərinin Milli Məclisin deputatı olması maraqlar toqquşması riskini artırır.

DÖVLƏTƏ DƏYƏN ZİYAN:

Dampinq qiymətlə tenderin qazanılması bazarda sağlam rəqabət mühitinə zərbə vurur, vergi ödənişlərinin azaldılması və qeyri-qanuni maliyyə axınları üçün zəmin yaradır.

EPİZOD 5:

Avtomobillərin bazar qiymətindən baha icarəyə götürülməsi:

NƏ VAXT, HARADA, HANSI LAYİHƏDƏ:

İyul 2026; AYNA; 30 ədəd “Sedan” tipli avtomobilin 12 aylıq əməliyyat icarəsi.

İŞTİRAK EDƏN ŞƏXSLƏR: Hüquqi şəxslər: AYNA (icarəçi), tenderin qalibi (adı açıqlanmayıb).

Fiziki şəxslər: Qalib: əlaqələndirici şəxs.

“Maxinasiya”nın təsviri:

Tenderin ilkin qiyməti 638.050 manat, bir avtomobil üçün aylıq ödəniş 1772–1800 manat müəyyən edilmişdir. Kommersiya bazarında analoji avtomobillərin uzunmüddətli icarə qiyməti 1,000–1.300 manat civarındadır. AYNA-nın ödəməyi təklif etdiyi qiymət bazar ortalamasından 40-50% bahadır.

DÖVLƏTƏ DƏYƏN ZİYAN: 30 avtomobil × 12 ay × (1800 – 1300) ≈ 180000 manat artıq ödəniş.

EPİZOD 6:

Hesablama Palatasının RİNN sistemində aşkar etdiyi kütləvi maliyyə pozuntuları:

NƏ VAXT, HARADA, HANSI LAYİHƏDƏ:

2025-ci il; Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və onun tabeliyində olan qurumları (o cümlədən AYNA); Hesablama Palatasının audit yoxlamaları.

İŞTİRAK EDƏN ŞƏXSLƏR:

Hüquqi şəxslər: RİNN, AYNA (yoxlanılan qurumlar), Hesablama Palatası (auditor).

“Maxinasiya”nın təsviri:

Audit zamanı aşkar edilmiş pozuntular: uyğunluq elementi üzrə 584,8 milyon manat, maliyyə təhrifləri 626,3 milyon manat, səmərəsiz xərclər 342,9 milyon manat. Ümumi 1,554 milyard manat. Bu pozuntuların 170,4 milyon manatı büdcəyə birbaşa zərər kimi qiymətləndirilmişdir.

DÖVLƏTƏ DƏYƏN ZİYAN:

1,554 milyard manat həcmində sistemli maliyyə intizamı pozuntusu.

EPİZOD 7:

AYNA-dan “Madina Group MM” MMC – nizamnamə kapitalı 10 Manat olan şirkətə 419 min manatlıq sifariş

NƏ VAXT, HARADA, HANSI LAYİHƏDƏ:

May–iyun 2026; AYNA; sərnişin dayanacaqlarının təmiri, bərpası və söküntüsü.

İŞTİRAK EDƏN ŞƏXSLƏR:

Hüquqi şəxslər* AYNA, “Madina Group MM” MMC (VÖEN: 1502073491, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçi: Seyidağa Mahmudov).

Fiziki şəxslər: Seyidağa Mahmudov.

“Maxinasiya”nın təsviri:

Nizamnamə kapitalı 10 manat olan, ofis mebeli, fərdi mühafizə vasitələri və mətbəx əşyaları satan bu şirkətə 419 min manatlıq ağır tikinti-quraşdırma işləri həvalə edilmişdir. Şirkətin bu işləri icra etmək üçün zəruri texniki bazası yoxdur, işlərin faktiki olaraq alt-podratçılara gördürülməsi ehtimalı yüksəkdir.

DÖVLƏTƏ DƏYƏN ZİYAN:

Maliyyə zəmanəti olmayan şirkətə iri sifariş verilməsi nəticəsində müqavilənin pozulma riski, vasitəçi şirkətlər vasitəsilə mənimsəmə ehtimalı.

EPİZOD 8:

İnzibati cərimə mexanizmindən sui-istifadə: Məhkəmə ləğvləri və qanunsuz yığımlar:

NƏ VAXT, HARADA, HANSI LAYİHƏDƏ:

2023–2026-cı illər; AYNA tərəfindən sahibkarlara tətbiq edilən inzibati cərimələr.

İŞTİRAK EDƏN ŞƏXSLƏR:

Hüquqi şəxslər: AYNA (cərimə yazan), “AEM Elektron” MMC, “Foodini” MMC (cərimələnənlər), Bakı Apellyasiya Məhkəməsi (cərimələri ləğv edən).

“Maxinasiya”nın təsviri:

Məhkəmə qərarları təsdiq edir ki, AYNA İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsini hüquqi şəxslərə qarşı qanunsuz tətbiq etmişdir. Məhkəməyə müraciət edən şirkətlər cərimələri ləğv etdirə bilsə də, hüquqi resursu çatmayan yüzlərlə kiçik sahibkar cərimələri ödəyir. Geri qaytarma mexanizmi olmadığından əsassız toplanmış vəsaitlər AYNA-ya qalır.

DÖVLƏTƏ DƏYƏN ZİYAN:

Qanunsuz yığılmış cərimələrin ümumi məbləği (dəqiq hesablanmamışdır, lakin yüz minlərlə manat) büdcənin qeyri-legitim dolğunluğu, sahibkarlıq subyektlərinə vurulan ziyan…

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…